SOSİUM

23 İyun

DİN-dən palatka toylatı ilə bağlı AÇIQLAMA

Pandemiya şəraitində "palatka" toylarının keçirilməsi o qədər də tövsiyə edilmir.
Bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur:

"Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir.  50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsdən asılıdır. Bununla bağlı yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları iş aparacaq ki, vətəndaşlarımız diqqətli olsun.
Açıq havada kənd yerlərində toyların keçirilməsi isə infeksiya şəraitində riskdir və  sağlamlıq üçün təhlükə yaradır. Tövsiyə edirik ki, fəaliyyətinə icazə verilən məkanlarda, yəni restoranlarda bu tədbirləri həyata keçirsinlər".