İndiki şərtlə daxilində 60 yaş qadınlar, 62 yaş isə kişilər üçün pensiya yaş həddinin müəyyən edilməsi daha doğru olduğunu düşünürəm.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Rəşad Həsənov deyib. O bildirib ki, qeyd edilən yaş həddi ən optimal variantdır:
“Bununla yanaşı, qanunvericiliyə dəyişiklik edilməli, çoxuşaqlı ailə anlayışı dəyişilməlidir. Əvvəlki dövrdə 5-dən artıq uşağı olan çoxuşaqlı hesab edilə bilərdi. Lakin bugünkü ailə sektorunda bu belə deyil. 2 milyon 300 minlik ailənin 1 milyon 100 mini təkuşaqlı ailədir. Bu kimi vəziyyət nəzərə alınaraq çoxuşaqlı ailə anlayışı 3 və daha çox uşağı olanlara aid olmalıdır”, - o bildirib.