SOSİUM

08 İyun

Parlament Türkiyə ilə bağlı sənədi ratifikasiya etdi

Milli Məclisin iclasında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Sənədə əsasən, Azərbaycanda Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək.