SOSİUM

07 İyun

Leysan olacaq, dolu düşəcək – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 10-u axşamadək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı,  dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.