SOSİUM

27 May

Qazpromun Almaniyadakı əsas ortağı Rusiyanı tərk etməyə qərar verdi

Almaniyanın ən böyük şirkətlərindən biri və ölkənin Rusiya qazının əsas alıcısı olan Almaniyanın enerji konserni Uniper, Rusiyadakı aktivlərini satmağa qərar verib.

Fins.az xəbər verir ki, bu barədə Reuters  sənaye mənbələrinə istinadən məlumat yayıb.

Fransanın Engie, Almaniyanın Wintershall Dea, Avstriyanın OMV və Britaniyanın Shell şirkətləri ilə birlikdə "Şimal Axını 2" boru kəmərinin avropalı investorları arasında yer alan şirkət, emissiyaların azaldılması planının bir hissəsi olaraq Rusiyadakı elektrik stansiyalarını satmağı düşünür.

Unipro konserninin Rusiyadakı törəmə şirkəti, ölkədəki ümumi elektrik istehlakının təxminən 4% -ni əhatə edən, 11,2 giqavat gücündə beş qaz və kömürlə işləyən elektrik stansiyalarına sahibdir.

© Marja