SOSİUM

26 May

Bəzi işçilərdən COVID-19 pasportu tələb ediləcək

Xəbər verdiyimiz kimi, iyulun 1-dən etibarən bəzi işçilərdən COVID-19 pasportu tələb ediləcək. 

Fins.az xəbər verir ki, artıq bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı dərc edilib. 

Qərara əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.