SOSİUM

24 May

Toylar hansı qayda ilə keçiriləcək? – DEPUTATDAN AÇIQLAMA

Əfsuslar olsun ki, koronavirus minimum 1 il ərzində hansı qaydalar və yumşaldılmalar olmasından asılı olmayaraq normal həyat tərzimizə əngəllər yaradacaq.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, toy məclislərinin keçirilmə müddəti 3 saatadək qısaldıla bilər:

“Heç vaxt əvvəlki kimi bir şadlıq sarayında 500-1000 nəfər toplayaraq toy etməyimiz birmənalı olaraq real olmayacaq. Məsafə saxlamaqla, havalandırma sistemini nəzərə alaraq şadlıq saraylarının həcminin təxminən minimum 4-də 1-nin dolması şərti toylara icazə verilə bilər. Həmçinin bəlli qaydalar çərçivəsində məclisin saatının qısaldılması, yəni 2-3 saat olması kimi qərarlar verilə bilər”.