SOSİUM

19 May

Azərbaycanda bu il 10 milyon tibbi maska istehsal olunub

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9,8 mln. ədəd tibbi maska istehsal edilib.

Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.Təkcə aprel ayında ölkədə 2,6 mln. ədəd maska istehsal olunub ki, bu da mart ilə müqayisədə 85,7% çoxdur.

Qeyd edək ki, mayın 1-nə ölkədə hazır maska ehtiyatı 2,7 mln. ədəd təşkil edib ki, bu da aylıq müqayisədə 6,9% azdır.