Pandemiya Azərbaycanda dəmir yolu ilə yükdaşımalara heç bir mənfi təsir göstərməyib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, 2021-ci ilin 4 ayı ərzində dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb:
“Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi istiqamətində də əməkdaşlıq əlaqələri qurulur”.
© Oxu