SOSİUM

18 May

Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb

Hazırda işğaldan azad olunmuş rayonlar üzrə Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb. 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova deyib. 

O bildirib ki, işlərin Horadiz-Ağbənd, Bərdə-Ağdam istiqamətlərində həyata keçirilməsi nəzərdə tutulub: 

“Hazırda bütün dövlət qurumlarında olduğu kimi, bizdə də əsas prioritet işğaldan azad olunmuş rayonlarda layihələrin işlənməsidir. Bütün dövlət qurumları ilə birlikdə mərhələli şəkildə tədbirlər görüləcək. Sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb. Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə dəmiryol yatağının olması heç bilinmir. Azad edilmiş ərazilərdə işğaldan əvvəl mövcud olmuş dəmir yollarının bərpası aparılacaq”.