“Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, onların ölkə xaricinə çıxış qaydalarına dair qüvvədə olan heç bir məsələ yoxdur:
“Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PZR testi əsasındadır. Ölkədə də giriş-çıxış qaydaları bəllidir. Hələ qərar qəbul edilmədiyi üçün heç nə demək mümkün deyil. Sərhədlər də bağlıdır. Gələcəkdə bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.