SOSİUM

20 Aprel

Sərfəli qiymətə 8 günlük MARMARİS TURU

Marmaris - Türkiyədə liman və kurort şəhəri. Eyni adlı ilçənin inzibati mərkəzi. Egey dənizinin sahilində, Türkiyənin cənub-qərbində, Muğla ilində (Aralıq dənizi və Egey dənizlərinin sərhədi Marmaris və Dalaman arasında) yerləşir. 2014-cü ilin turizm mövsümündə şəhər dünyanın 2 milyona yaxın turistini qəbul etmişdir. 

  • Marmaris limanı - şəhərin köhnə hissəsində yerləşən, hazırda muzey kimi istifadə olunan köhnə bir qaladır.
  • Bar küçəsi - şəhərin şərq hissəsində yerləşən, çox sayda restoran və barı olan məşhur gəzinti yeridir.
  • Aqua Dream Aqua Park - Marmarisin əsas su parkı, şəhərin şərq hissəsindəki kiçik bir təpədə yerləşir.
  • Marmaris Milli Parkı

Fins.az xəbər verir ki, Atlas travel şirkəti, Marmais-Fəthiyyə erkən rezervasiyalara start verib.  Tur 25 iyundan başlayaraq 7 gecə  8 günü əhatə edəcək. İstəkdən asılı olaraq tarixi dəyişmək mümkündür.

Tura daxil olan otellər 4və 5 ulduzlu otellərdir. Otellərin orta qiyməti 1014 dollardır.

Otellərdən ən ucuzu 4 ulduzlu KAYA MARIS HOTEL-dir. Qİyməti 555 dolardır.

Ən bahalı otel isə 5 ulduzlu HILLSIDE BEACH CLUB HOTEL-dir. Qiyməti 3550 dollardır.

Qiymət iki nəfərlik otaqda bir nəfər üçün qeyd olunmuşdur

Qiymətə daxildir: Aviabilet AZAL birbaşa (baqaj daxil), hoteldə gecələmə (7 gecə/8 gün), qidalanma (gündə 5 dəfə), transfer, sığorta