“Agentlik tərəfindən şəhidlərin ailə üzvlərinə vəsiqələrin təqdim edilməsi prosesi də davam etdirilir”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.
O bildirib ki, Vətən müharibəsində şəhidlərimiz oldu və əməkdaşlarımız qərara aldı ki, şəhid ailələrinin evlərinə gedərək sənədləri yerində toplasınlar:
“Prosedur qaydalarına uyğun olaraq, imtiyazlı şəxslərə vəsiqələrin təqdim edilməsi elə evlərindəcə həyata keçirilib. Bu günə qədər 2 342 şəhid ailəsinin 4 294 üzvü vəsiqə ilə təmin olunub. Onların əziyyət çəkməməsi üçün əməkdaşlarımız tərəfindən səyyar xidmət göstərilir və hazırda bu proses davam etdirilir”.