SOSİUM

17 Aprel

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar 56 %-dək artıb

Bu ilin yanvar- mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 122,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 % azdır.

Bildirilir ki, daşımaların 99 %-i dövlət, 1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşıma 55,6 % artaraq 108,3 min ton olub.