SOSİUM

15 Aprel

Bu gündən mənzillərin istilik təchizatı dayandırılır – RƏSMİ

“Bu il payız-qış mövsümündə 3 800 yaşayış binası, 180 mindən artıq mənzil istiliklə təmin olunub”.

Bunu  açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, layihə üzrə “Azəristiliktəchizat” ASC-nin mənbələrindən istiliklə təmin olunması nəzərdə tutulan 287 orta məktəb, 162 uşaq bağçası, 160 səhiyyə müəssisəsi, 1 800-ə yaxın digər sosial və təsərrüfat obyektləri istiliklə təmin olunurdu”.

O qeyd edib ki, qərar isti su ilə təmin edilən abunəçilərə aid deyil.

09:48

Aprelin 15-dən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıda və regionlarda istilik təchizatı dayandırılıb.

Respublikanın bəzi dağlıq və dağətəyi rayonlarda isə istilik təchizatı mayın 1-nə qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.