Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 216,1 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 49,3% və ya 71,4 mln. manat artıb.
Cari ilin mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 11,5% və ya 8 mln. manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,6 faiz bəndi çoxdur.
© APA