SOSİUM

11 Mart

Azərbaycanda neçə nəfər yaşa görə pensiya alır? - AÇIQLAMA + FOTO

Ölkə üzrə yaşa görə pensiya alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, mart ayının 1-i tarixinə olan məlumata əsasən, yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən yuxarıdır. 

Onların 60 faizini qadınlar, 40 faizini isə kişilər təşkil edir.