SOSİUM

18 Fevral

Bakı Avtovağzalının mətbuat katibi vəzifəsindən ayrıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova vəzifəsindən ayrılıb.

Fins.az-ın məlumatına görə, bu barədə o, özü bildirib:

"Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm".

Qeyd edək ki, Pərvin Məmmədova 2018-ci ildən bu vəzifədə çalışıb.