SOSİUM

27 Yanvar

Azərsu -dan "e-Su" portalı ilə bağlı AÇIQLAMA

"e-Su" (www.e-su.az) portalında profilaktik işlər aparılacaq

Fins.az xəbər verir ki, bu barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti  məlumat yayımlayıb.

Məlumatda bildirilir ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə 27 yanvar 2021-ci il tarixində "e-Su" (www.e-su.az) portalında profilaktik işlər aparılacaq.

Səhmdar cəmiyyət yaşana biləcək texniki problemlərə görə öncədən üzr istəyir

Müəllif: Aynur Qəniyeva