Ötən il məhkəmələrin pandemiya ilə əlaqədar məhdudiyyətlə fəaliyyətinə baxmayaraq, yerli probasiya qurumlarında 9576 məhkum qeydiyyata alınıb.
Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib. Onun sözlərinə görə, eyni zamanda müxtəlif hüquqi əsasla 10453 məhkum qeydiyyatdan çıxarılıb: “Hesabat dövrü ərzində cərimə cəzasının icrası ilə bağlı 1,3 milyon manata yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu da ödənilən məbləğin 59 faizindən çoxunu təşkil edir”.
O qeyd edib ki, ötən il 155 min 131 saat ictimai işlərin həyata keçirilməsi təmin edilib.