Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidməti azərtac-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.