Ötən il Azərbaycanda dəmiryol nəqliyyatı ilə 14,6 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 3,9% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 2 124,6 min sərnişin daşınıb, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 44,8% adır.
Məlumata görə, ötən il orta hesabla sutkada 307 vaqon yüklənilib, 385 vaqon isə boşaldılıb.
"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,1 min ton, Qərb istiqaməti üzrə 3,3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda deyilir.