Bakı, 13 yanvar Fins.az
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 703,5 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artıb.
“İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, - açıqlamada deyilir.
Xatırladaq ki, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə ölkədə 2021-ci ildə ölkədə orta aylıq əməkhaqqı 727,3 manat (real artım tempi 0,5%), 2022-ci ildə – 757,1 manat (1,2%), 2023-cü ildə – 785,9 manat (1%), 2024-cü ildə isə 816,1 manat olacağı deyilir.