SOSİUM

08 Yanvar

Bu yollarda hərəkət məhdudlaşdırılır – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bakı, 8 yanvar Fins.az

Yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.