SOSİUM

25 Dekabr

BNA-nın dəstəyi ilə \"Qarabağ çıxış\" adlı qısa metrajlı film çəkilib

Bakı 25 dekabr Fins.az

Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə “TAKE Company” tərəfindən “Qarabağ çıxış” adlı qısa metrajlı film çəkilib. Peşəkar komanın ərsəyə gətirdiyi flimdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlılarla Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda qanunsuz məskunlaşan ermənilərin evlərini tərk etməsi müqayisəli formada təqdim edilir. Filmin sonunda Ulu öndər Heydər Əliyevin işğal altındakı torpaqlarımızın azad olunacağına sonsuz inamı və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin xalqımıza qələbə müraciətindən bir hissə də yer alıb.