Yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 min 580 nikah və 12 min 347 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, yanvar-oktyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1396 nəfər gələn və ölkədən 495 nəfər gedən qeydə alınıb. Ölkə üzrə miqrasiya saldosu müsbət 901 nəfər təşkil edib.