Dekabrın 1-nə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub, onlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 11 ayda xidmət sahəsində işləyənlərin 1,7 faizi informasiya və rabitə sektorunda fəaliyyət göstərib.