ABŞ hökuməti “Moderna” əczaçılıq şirkətinin hazırladığı koronavirus əleyhinə peyvəndin paylanmasına başlayır. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb: “Moderna” şirkətinin peyvəndi böyük səs çoxluğu ilə təsdiq olunub. Ləngimədən preparatın paylanılmasına başlanacaq”. O əlavə edib ki, Avropa və dünyanın digər dövlətləri, xüsusən Almaniya, Fransa, İspaniya və İtaliya virusdan ciddi zərər çəkib.
Xəbəri “Bloomberg” verib.