SOSİUM

15 Dekabr

İntensiv qar yağacaq, yollar buz bağlayacaq – NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ

Bakı 15 dekabr Fins.az

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.