SOSİUM

02 Dekabr

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 210 nəfər uğur qazanıb

Bakı, 02 dekabr Fins.az

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

DİM-in dekabrın 2-si saat 14:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 210 nəfər uğur qazanıb. Onlardan 119-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 13-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 10-u Dövlət Statistika Komitəsində, 8-i Sumqayıt Kommersiya Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.