SOSİUM

18 Noyabr

Nazirlik daha 47  e-xidmət yaratmağı nəzərdə tutur

Bakı, 18 noyabr Fins.az 

Elektronlaşdırma proqramını genişləndirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 47 elektron xidməti yaratmağı və prosesi gələn ilin sonunadək başa çatdırmağı nəzərdə tutur.

Həmin e-xidmətlərdən 25-inin proaktiv xidmət (müraciət olunmasına və sənəd təqdim edilməsinə ehtiyac olmadan vətəndaşa yaranmış hüquqları əsasında sosial təminat, əlillik üzrə təyinatların və sosial sığorta üzrə xidmətin avtomatik həyata keçirilməsi)  olması nəzərdə tutulur.

47 e-xidmətdən 7-nin ilin sonuna kimi, qalanlarının gələn il işə salınması planlaşdırılır.

Hazırda Nazirlik üzrə 26-sı proaktiv olan 53 e-xidmət fəaliyyət göstərir. Yeni e-xidmətlərin yaradılması ilə onların sayı 100-ə çatacaq. Bu da Nazirlik üzrə xidmətlərin (132 xidmət) elektronlaşma səviyyəsinin 76%-ə çatmasına imkan verəcək.