Bakı, 17 noyabr Fins.az
Bu ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 865,6 min ton, yük dövriyyəsi isə 6 972,3 mln. ton-km olub ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23% və 15,5% azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 16 621,7 min tonu və ya 55,7% avtomobil nəqliyyatı, 9 532,7 min tonu və ya 31,9% dəmir yolu nəqliyyatı, 3 711,2 min tonu və ya 12,4% dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 20,4% və ya 6 095,3 min tonunu tranzit yüklər təşkil edib.