SOSİUM

17 Noyabr

Doğma Şuşaya kiçik biznes sahibləri kimi qayıdacaqlar

Onlar Azərbaycanın ayrılmaz parçası olan Qarabağın ürəyi Şuşanın sakinləridir. Müzəffər Azərbaycan Ordusunun Şuşanı Ermənistanın işğalından azad etməsi ilə onların yurd həsrətlərinə də son qoyuldu.

Şuşasız qaldıqları dövrdə dövlət onları həmişə öz qayğısı ilə əhatə etdi, daha bir qayğı kimi, eyni zamanda,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olundular. Proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaratdılar.

   İndi isə doğma Şuşaya özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə biznesləri qayıtmağa hazırlaşırlar. Onların hər biri bu bizneslərini Şuşada daha da genişləndirəcəklər.