SOSİUM

12 Noyabr

Tarixi zəfərin daha bir xoş müjdəsi: Naxçıvana quru yolun açılmasının vacib faydası bilindi - RƏSMİ

“Naxçıvan Muxtar Respublikasına quru yolla birbaşa reyslərin açılması gediş-gəlişi iki-üç dəfəyə qədər artıra bilər”.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 

“Azərbaycan vətəndaşları İranın ərazisindən keçməklə Naxçıvana gedirdilər. Bu zaman onlar dörd dəfəyə yaxın gömrük yoxlanışından keçirdilər. Bu zaman onlar Naxçıvana 12 saata çatırdılar.

Bunun qarşısını almaq üçün Azərbaycan lokal təkliflər verirdi. Nəticədə, 2019-cu ildə gömrük yoxlanışları iki dəfəyə qədər azaldı və bu yol səkkiz saata kimi azaldıldı. Təsəvvür edin, Azərbaycanın öz ərazisindən Naxçıvana gediş-gəliş olarsa, bu müddət qat-qat aşağı olacaq”.

Qeyd edək ki, 2019-cü ildə Bakı-Naxçıvan avtobus reysləri ilə 41 min 379 sərnişin daşınıb.