“Bu ilin I yarısında Bakıdakı bütün müntəzəm marşrut xətlərində kart sisteminin tətbiqi yekunlaşmalı idi. 2020-ci ildə həmçinin bir sıra istiqamətlərdə yeni xətlər istifadəyə verilməli idi. Lakin koronavirus (COVID-19) pandemiyasına görə bu işlərdə gecikmələr müşahidə edildi”.
Fins.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.
"Tam nağdsız ödənişə keçidlə bağlı bir xarici şirkətlə əməkdaşlıq edirik. Həmin şirkətin əməkdaşları müxtəlif ölkələrin vətəndaşlarıdır. Bu gün onlar pandemiya ilə əlaqədar tətbiq edilmiş karantinə görə Azərbaycana gələ bilmirlər. Bütün marşrut xətlərinin kart sisteminə keçidin tətbiqini gecikdirən ən mühüm səbəblərdən biri məhz budur. Biz mümkün olduğu qədər onlayn rejimdə maksimum şəkildə onlarla işimizi davam etdirik", - o qeyd edib.
© Avtosfer