“Önümüzdəki günlərdə 65 yaşdan yuxarı vətəndaşlarla bağlı karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.
Fins.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mayin 9-da keçirilən brifinqində çıxışı zamanı deyib.
“Bu, gündəmdədir. Amma bu, bizim vətəndaşların böyüklər üçün sosial məsafəyə riayət etməsindən və məsuliyyətli olmasından asılıdır. Bununla bağlı Operativ Qərargah qərar verəcək”, - o bildirib.