Azərbaycanda əlillik qruplarının ləğv edilməsi təklif olunur.
Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə, qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəli əlillik, II qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisdə iclasında müzakirəyə çıxarılacaq.