“Ünvanlı dövlət sosial yardımı proqramının da əhatə dairəsi genişləndirilir. Təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilib və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur” .
Fins.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənilir:
“Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir”.