SOSİUM

05 May

Gələn ay Xaçmazda əlilliyi olan şəxslər üçün bərpa müəssisəsi istifadəyə veriləcək

   Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə üzrə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra bərpa müəssisələrində olduğu kimi, Xaçmaz  Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.  

Bu məqsədlə müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir. Burada effektiv  fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində 600-dən çox  əlilliyi olan şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

Müəssisənin gələn ay istifadəyə verilməsi nəzərdə tutulur.