Azərbaycanda bu ilin I rübündə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 29,9 mln. ton yük, 388,3 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komtəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1% və 3,9% azalma qeydə alınıb. Sərnişinlərin 96,3% avtobus, 3,7% isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Məlumata əsasən, yük dövriyyəsi 0,9%, sərnişin dövriyyəsi isə 3,9% azalıb.