SOSİUM

15 Aprel

İbrahim Məmmədov: \"DİN-in tövsiyəsi kontekstdən çıxarılıb\"

"Bugünkü vəziyyət göstərir ki, axşam saat 9-dan (21:00) sonra hər hansı komendant saatı olması kimi hal yoxdur".

Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) bu tövsiyəsi kontekstdən çıxarılıb:

"Tövsiyə və qadağa tam başqa anlayışdır. Yoluxmanın sayının aşağı düşməsi məsələnin düzəlməsi deyil. Bu gün də deyilir ki, vacib işi olmayan evdə qalsın".