SOSİUM

15 Aprel

Bakı Nəqliyyat Agentliyi: Xüsusi karantin müddətində sərnişin sayı artıb

“Xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, son iki gündə xüsusən də səhər və axşam saatlarında sərnişin axınında artım müşahidə olunur”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.


O qeyd edib ki, bu həftənin ilk iş günü müntəzəm və ekspres xətt avtobusları ilə 485742 sərnişin daşınıb:

“Aprelin 14-də isə bu rəqəm 478679 olub. Ötən həftənin müvafiq günləri ilə müqayisədə bu 23 % artım deməkdir. Artan sərnişin axınının düzgün idarə olunması və sərnişinlərin vaxtında daşınmasını təmin etmək məqsədi ilə ekspres xətlərə əlavə avtobuslar cəlb edilib”.

 

BNA rəsmisi həmçinin deyib ki, sərnişin axını əsasən səhər saat 7-9 aralığında mühaidə olunur:

“Bir daha bildiririk ki, xüsusi karantin rejimində icra olunan sərnişindaşımaların təşkilində başlıca məqsəd həyat əhmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyatdan rahat və fasiləsiz istifadəsini təmin etməkdir”.