SOSİUM

14 Aprel

Sabah 22 dərəcə isti olacaq – HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 15-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif  duman olacaq.

Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti olacaq.

Bakıda  gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan  760  mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  7-12° isti  olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Aprelin 15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.