SOSİUM

13 Aprel

\"Azərbaycan Dəmir Yolları\"nın gəliri 11% artıb

2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC 299,8 milyon manat gəlir əldə edib.

Fins.az bu barədə hökumətin hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilə nisbətən 10,7% çoxdur. 

2019-cu ildə "Azərbaycan Dəmir Yolları" QSC üzrə əsas kapitala 1 001,3 milyon manat vəsait yönəldilib.

Həmin vəsatin 653,9 milyon manatı dövlət büdcəsindən ayrılıb.