SOSİUM

13 Aprel

Azərbaycanın bu bölgəsinə qar yağıb: hava şaxtalıdır

Aprelin 12-də şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Fins.az-ın verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub.

Temperatur isə mənfi 7 dərəcəyədək enib.

© APA