SOSİUM

13 Aprel

Zəif duman, çiskin – SABAHIN HAVASI

 

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 14-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Səhər bəzi yerlərdə duman, zəif çiskin. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 8-10° isti, gündüz  13-17° isti,

Bakıda  gecə 8-10° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi 771 mm civə sütunundan  767  mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 

gecə 4-9° isti, gündüz  18-22° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  5-10° isti  olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 14-15-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.