Aprelin 12-dən sonra istənilən rayonun vətəndaşları 190 manat üçün qeydiyyata növbəsiz düşə biləcəklər.
Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, vətəndaşlar işsiz kimi qeydiyyata düşmək üçün 12 aprelə qədər müəyyənləşdirilən cədvəl üzrə müraciət etməlidir.
Xatırladaq ki, nazirlikdən bu günün qrafikinə uyğun olaraq birdəfəlik ödəmənin (190 AZN) almaq hüququna baxılması üçün aşağıda qeyd edilən şəhər və rayonların sakinlərinin müraciət edə biləcəyi açıqlanıb:
Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonlarında.
© Mediapost