SOSİUM

10 Aprel

Duman, çiskin – SABAHIN HAVASI

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 11-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-16° isti,

Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Aprelin 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.Havanın temperaturu  gecə 4-9° isti, gündüz  13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-5° isti  olacaq.