SOSİUM

09 Aprel

\"Bakı Metropoliteni\" ötən il 124 milyon manat gəlir əldə edib

2019-cu ildə "Bakı Metropoliteni" QSC 123,9 milyon manat gəlir əldə edib.

Fins.az xəbər verir ki, ötən il qurum sərnişinlərin 2,9%-ni pulsuz daşıyıb.

Belə ki, metronun xidmətindən istifadə etmiş 236,7 milyon sərnişinin 6,9 milyonu güzəşt hüququndan istifadə edib.