Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda iş yerlərində hər hansı ixtisarlara yol verilmir, həyati vacib orqanlarda minimal sayda işçi işə cəlb edilir.
Fins.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, son 10 gündə əmək müqavilələrinin sayında azalma deyil, əksinə ciddi artımlar baş verib:
“Burada sahibkarlar dövlətin göstərdiyi dəstəkdən faydalanaraq ixtisarlara yol verməməlidirlər. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə səbəblər müəyyən edilir. Sahibkarlara o halda dövlət dəstəyi veriləcək ki, işçilərin ixtisarlarına yol verilməsin. Hazırda qeyri-neft sektorunda 690 min nəfər işçinin əmək müqaviləsi var".